Donald Trampın xanımı britaniya nəşrini məhkəməyə verdi
Donald Trampın xanımı britaniya nəşrini məhkəməyə verdi
23 Avqust 2016 / 17:15 / Baxış sayı: 920
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bizimxeber.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ prezidentliyinə ən qalmaqallı namizədin adı bu dəfə xanımına görə çəkilir. Belə ki, Donald Trampın xanımı Melanya Tramp məşhur Britaniya nəşri olan Daily Mail qəzetinə qarşı iddia qaldırdı. Xanım Trampın iddia səbəbi isə Daily Mail qəzetinin onun haqqında 90-ci illərdə eskort xidmət göstərməsi ilə bağlı material dərc etməsi olub. 

İddiaçının vəkilləri nəşri müdafiəçilərinin eskort xidmət göstərməsi haqqında şaiyə yayması , daha sonra isə sonuncunun miqrant statusu haqqında məsələ qaldırması ilə bağlı məhkəməyə verib.

Qeyd edək ki, daha əvvəl demokrat konqresmen Ksavye Beserra Donald Trampı arvadı Melanyanın Yuqoslaviyadan gəlib ABŞ vətəndaşı olması səbəbilə tənqid etmişdi. Respublikaçıların namizədi ABŞ hökumətinin miqrant siyasətini kəskin tənqid etməklə məşhurdur. Donald Tramp prezident seçilərsə ölkəsinin Meksika sərhəddində divar hörəcəyi və milyonlarla neleqal miqrantı deportasiya edəcəyi barədə bəyanat da verib.

Bizimxeber.az 

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə