Dollar bu gün neçəyədir ?
Dollar bu gün neçəyədir ?
31 Avqust 2016 / 9:43 / Baxış sayı: 816
Font1 Font2 Font3 Font4
Bizimxeber

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən Bizimxeber.az-a verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi avqust ayının 30-u ilə müqayisədə 0,25% artaraq 1,6321 manat təşkil edib.

Avro manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,12% möhkəmlənərək 1,8209 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası 0,79% ucuzlaşaraq 0,0250 manat olub.

Türkiyə lirəsinin məzənnəsi 0,13% möhkəmlənərək 0,5514 manat olub.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1392 manatdır. Beləliklə, funt sterlinq 0,41%-lik bahalaşma nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi 0,04% artaraq 0,7081 manat təşkil edib.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə