“Dini telekanalın açılması gözlənilmir” – MTRŞ şeyxə cavab verdi
“Dini telekanalın açılması gözlənilmir” – MTRŞ şeyxə cavab verdi
27 Sentyabr 2016 / 14:05 / Baxış sayı: 540
Font1 Font2 Font3 Font4
Bizimxeber

“Şeyxülislam Hacı Allahşükür Paşazadə dini televiziyanın açılması ilə bağlı təklif irəli sürüb. Lakin bu, hələ dini telekanalın açılacağı demək deyil. Yaxın gələcəkdə Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən teleradio yayımı üçün müsabiqənin elan edilməsi gözlənilmir”. 

Bunu MTRŞ-nın aparat rəhbəri Toğrul Məmmədov deyib. O qeyd edib ki, yaxın gələcəkdə Azərbaycanda yeni telekanalın açılması gözlənilmir.

“Şeyxüslam təklif irəli sürüb. Hər kəs təklif verə bilər. Lakin mövcud reklam bazarı, mövcud vəziyyət və digər məsələlər müzakirə olunur və Şura bundan sonra müsabiqə elan edir. Azərbaycan böyük ölkə deyil, mövcud telekanalların sayı ölkə üçün daha çoxdur və reklam bazarı bunları əhatə edir. Ona görə də yeni telekanalın açılması yaxın gələcək üçün məqsədə müvafiq hesab edilmir”.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Azərbaycanda dini televiziyanın yaradılması təklifini sürüb. O bildirib ki, bu barədə ölkə başçısı ilə də söhbəti olub.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə