DİN yeni rəis təyin edilib
DİN yeni rəis təyin edilib
04 Avqust 2016 / 13:29 / Baxış sayı: 620
Font1 Font2 Font3 Font4
Bizimxeber

Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinə yeni rəis təyin edilib.

APA-nın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən polis-polkovniki Oqtay Kərimov Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi təyin edilib. O. Kərimov buna qədər həmin idarənin rəis müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi olmuş polis general-mayoru Cavanşir Məmmədov bir müddət əvvəl yaş həddinə görə təqaüdə göndərilib. C. Məmmədov 21 il bu vəzifədə çalışıb.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə