DİN polkovnikinin evində tapılan ton yarım pulun “obşak” olduğu üzə çıxdı
DİN polkovnikinin evində tapılan ton yarım pulun “obşak” olduğu üzə çıxdı
26 Oktyabr 2016 / 16:45 / Baxış sayı: 694
Font1 Font2 Font3 Font4
Bizimxeber

Rusiya Daxili İşlər Nazirliyinin “T” idarəsinin (antikorrupsiya idarəsi) rəis müavini Dmitri Zaxarçenko rüşvət aldığı yerdə həbs olunanda və onun evindən ton yarım ağırlığında (cəmi 9 milyard dollar) pul aşkar olunanda ekspertlər, mətbuat və FTX-nin müstəntiqləri bu pulun mənbəyi barədə baş sındırmağa başladılar. Çünki “sıravi” polkovnikdə bu qədər nəğd pul sutkanın 24 saatı dayanmadan rüşvət alsa da ola bilməzdi.

Xatırladaq ki, polkovnik Zaxarçenko sentyabrın 9-da Rusiya İstintaq Komitəsi tərəfindən 8 saatlıq dindirmədən sonra iş kabinetində həbs olunub. Axtarış zamanı onun bacısının evindən 9 milyard rubl ekvivalentində 120 milyon dollar və 2 milyon avro nəğd pul tapılıb. Daha sonra Zaxarçenkonun qohumlarının İsveçrədəki bank hesablarında 300 milyon avro (rubl ekvivalenti llə 20 milyard) aşkar edilib.

Virtualaz.org xəbər verir ki, Zaxarçenkonun işini araşdıran FTX müstəntiqləri deyəsən pulların əslində kimə məxsus olduğunu tapıblar. Müstəntiqlər bu versiya üzərində işləyir ki, həmin pullar DİN-in “T” idarəsinin əməkdaşlarının kölgə kassası, yaxud criminal jarqonda deyildiyi kimi “obşakı” olub. FTX təhqiqat nəticəsində belə qənaətə gəlib ki, antikorrupsiya idarəsinin 15-ə yaxın vəzifəli şəxsi-əməliyyatçıları və rəhbərləri, o cümlədən rəisi fırıldaq, mənimsəmə, rüşvət, sifarişli cinayət işlərinin qaldırılması kimi cinayət əməlləri hesabına topladıqları pulları Zaxarçenkonun evində yaratdıqları “obşaka” atırdılar.

Bu qənaət boş yerdən yaranmayıb. Zaxarçenkonun evində axtarış zamanı onun işlədiyi idarənin əməkdaşlarına aid sənədlər, bank hesabları, maliyyə hesabatları haqda qeydlər, cinayət işlərinin materialları, digər maraqlı sənədlər tapılıb. Bütün bunlar belə qənaətə gəlməyə əsas verir ki, Zaxarçenko “obşaka” nəzarət edib və yığılan pulların “yuyulmasını” təşkil edib. Bu haqda life.ru-ya FTX-dəki mənbələr deyiblər.

“T” idarəsi DİN-in İqtisadi Cinayətlərə qarşı mübarizə Baş idarəsinin tabeçiliyində olub. Bu səbəbdən istintaqın həm Baş idarənin rəisi, general Andrey Kurnosenkoya, habelə “T” idarəsinin rəisi Aleksandr Tişşenkoya çoxlu sualları var.

Əməliyyatçılar bu məlumatları araşdırırlar ki, Zaxarçenko və həmkarları müxtəlif mənimsəmə və fırıldaq əməliyyatlarından öz paylarını alıblar. Habelə biznes “razborkalarına” girişərək qurama cinayət işləri qaldırıblar. Əldə olunan pullar “obşak”da toplanıb. Kriminal aləmdə olduğu kimi “obşak”ın pulları rüşvət vermək üçün xərclərə, vəzifəli şəxsləri ələ almağa, qruplaşma üzvlərinin həbsi halında vəkillər tutmağa, birgə biznes-layihələrin işə salınmasına sərf olunurdu.

Eks-milyarder Sergey Polonski də ötən həftə məhkəmədə Zaxarçenkonun əməliyyatçıların xəzinədarı olduğunu deyib. Onun bildirdiyinə görə, Zaxarçenko və digərləri biznesmenlərə qurama cinayət işləri açıb sonra onlardan sanballı haqq alırdılar.

FTX əməliyyatçıları müəyyən ediblər ki, Zaxarçenkonun daxil olduğu qruplaşma Moskvanın Yakimanke rayonundakı lüks mənzildə yığışırdılar. Həmin mənzil polkovnikin 5 yaşlı qızının adına olub. Burada onlar işləri müzakirə edir və pulları bölüşdürürdülər. Vəzifəsindən və rütbəsindən asılı olaraq hərə “obşak”dan öz payını alırdı.

Zaxarçenko özü pulların mənbəyini istintaqa açıqlamayıb. Hərçənd o, vəd etmişdi ki, bunu açıqlayacaq. Müstəntiqlər general Kurnosenkonun ifadəsini almaq istəsələr də o, həmin vaxt xaricdə ezamiyyətdə olub. Ancaq FTX-nin “M” idarəsinin əməliyyatçıları generalın yüz milyonlarla dollarlıq aktivlərini-malikanələrini, torpaq sahələrini və s. aşkar ediblər. 2015-ci ildə o, Baş idarənin rəis müavini idi və rəis keçməzdən əvvəl həmin aktivləri başqa şəxslərin adına keçirib. “T” idarəsinin rəisi Tişşenko da istintaqla əməkdaşlıqdan imtina edib.

DİN-in İqtisadi Cinayətlərə qarşı mübarizə Baş İdarəsinin adı bundan əvvəl də çoxsaylı korrupsiya qalmaqallarına qarışmışdı. İndi bu idarənin səlahiyyətlərinin çoxunu əlindən alıb FTX-nin müvafiq bölmələrinə veriblər. Baş idarə isə ancaq xırda iqtisadi cinayətləri araşdırmaqla məşğul olacaq.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə