Devid Kameron təvazökar həyat tərzindən vaz keçdi
Devid Kameron təvazökar həyat tərzindən vaz keçdi
15 Avqust 2016 / 15:15 / Baxış sayı: 566
Font1 Font2 Font3 Font4
Bizimxeber

İngiltərənin keçmiş baş naziri Devid Kameron “orta sinif vətəndaş” kimi görünmək məcburiyyətindən qurtuldu. Oğlanlarını dövlət məktəbindən çıxardıb, evlərini dərhal dəyişən Kameron ailəsi yay tətili üçün kirayə götürükləri villanın qiyməti 20 min avro dəyərindədir. 

Bizimxeber.az Daily Beast nəşrinə istinadən bildirir ki, Londonda sahib olduqları evi 100 min funt sterlinqə kirayə verərək  daha bahalı mənzilə köçən Kameron ailəsi medianın müzakirəsindən uzaq qaldıqları üçün məmnundur. Devid-Samanta Kameron cütlüyü 10 yaşlı oğlulları Elvenin təhsili  üçün 1440-cı ildə təsis edilmiş məşhur Eton Kollecini seçiblər. Elven Kameron atasınıb baş nair olduğu dövrdə dövlət məktəbində təhsil alırdı. Devid Kameron özü də Eton Kolleci məzunudur.

Həftəlik kirayə haqqı 20 min avro

David Kameron və ailəsi hal-hazırda Korsika adasında tətillərini davam edirlər. Kameronların kirayə götürdükləri lyuks villanın həftəlik kirayə haqqı 20 min avrodur.

Baş nazir olduğu dövrdə  ingilis mətbuatının gündəmini çıxdığı tətillər və etdiyi xərclərlə məşğul edən Devid Kameron artıq medianın hədəfində deyil. Kameronun tətildə geyindiyi 225 sterlinq qiyməti olan dəniz geyimi yalnız maqazin xəbərlərində  yer aldı.

Sərvətləri ailədən gəlir.

Böyük babalarından etibarən fond birja əməkdaşları olan ailədə böyüyən  David Kamerona 2010-cu ildə ölən atasından 2 milyon sterlinq miras qaldığı açıqlanıb. Smythson firmasında məsləhətçi işləyən Samanta Kameronun atası Reginald Şefeld isə ən azı 20 milyon sterlinq varidata malik zəngin əmlak kralı kimi tanınır.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə