Deputatlarımız Türk Dünyası I Gənclər Forumunda
Deputatlarımız Türk Dünyası I Gənclər Forumunda
18 Oktyabr 2016 / 11:16 / Baxış sayı: 864
Font1 Font2 Font3 Font4
Bizimxeber

Şimali Kipr Türk Cümhuriyyətində Türk Dünyası I Gənclər Forumu keçirilir. Türk Birliyi Dərnəyinin təşkilatçılığı ilə keçirilən Foruma 24 ölkədən 300-dən çox gənc dəvət olunub.

Oktyabrın 17-də Şimali Kipr Türk Respublikasında Türk Dünyası I Gənclər Forumu çərçivəsində Azərbaycan Respublikası Milli Məclisinin deputatları Elman Nəsirov, Sevinc Hüseynova, Mahir Abbaszadə və Naqif Həmzəyev bir sıra görüşlər keçiriblər.

Millət vəkilləri Türkiyənin nüfuzlu ADA TV-nin qonağı olub, canlı efirində çıxış ediblər. Sonra onlar Şimali Kipr Türk Respublikası Təsərrüfat və Nəqliyyat Naziri Kemal Dürüstlə görüşüb, işgüzar söhbətlər aparıblar.

Millət vəkillərinin növbəti görüşü Girne Amerikan Universitetinin rektoru Serhat Akpınarla olub. Serhat Akpınar qonaqları universitet ilə yaxından tanış edib. Qeyd edək ki, oktyabrın 18-də I Türk dünyası Gənclər Forumunun rəsmi açılışı olacaq.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə