Deputatın “qardaşı qızı”na hökm oxundu
Deputatın “qardaşı qızı”na hökm oxundu
05 Oktyabr 2016 / 11:16 / Baxış sayı: 816
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Nigar Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. “Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə N.Əhmədova 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, N.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq ) maddəsi ilə təqsirləndirilir. O, Rüfət Əliyev adlı şəxsə deputatın qardaşı qızı olduğunu bildirərək, onu “Kapital Bank”a filial müdiri vəzifəsinə düzəldəcəyini deyib. N.Əhmədova bunun müqabilində həmin şəxsdən 32 500 ABŞ dollar pulunu alıb.

N.Əhmədova deputat Vahid Əhmədovun qardaşı qızı olduğunu bildirib. V. Əhmədov isə bir müddət əvvəl mətbuata açıqlamasında onun qardaşı qızı olmadığını bildirmişdi. Xatırladaq ki, N.Əhmədova keçmiş məhkum olub. O, 2009-cu ildə məhkumluq həyatı yaşayıb.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə