Deputatdan Tarif Şurasına çağırış
Deputatdan Tarif Şurasına çağırış
02 Dekabr 2016 / 13:27 / Baxış sayı: 810
Font1 Font2 Font3 Font4
Bizimxeber

“Heç olmasa, vətəndaşlara ayrılan kvota artırılsın”

“Reallıqda bir çox faktlar var ki, bu, bizdə narahatlıq doğrurur. Kənd təsərrüfatına lizinq yolu ilə 35 milyon manat ayrılması nəzərdə tutulub. Bununla demək olar ki, heç nə etmək mümkün deyil”. Milli Məclisdəki büdcə müzakirələrində çıxış edən deputat Fəzail Ağamalı belə deyib. 

Deputat enerjidaşıyıcılarının qiymətinin artmasından da bəhs edib və Tarif Şurasının son qərarına yenidən baxılmasını zəruri sayıb: “Tarif Şurasının qəbul etdiyi qərarlarla ölkə prezidentinin həyata keçirdiyi siyasətdə bir uyğunsuzluq var və bu, nəzərə alınmalıdır. Sahibkar ayda 25 min manat qazpulu ödəyirdisə, bundan sonra 50 min manat olacaq. 

Nəzərə almalıyıq ki, istixanalara güzəşt yoxdur, avadanlıqlar xaricdən alınır. 7 ay ərzində tərəvəz məhsullarının istehsalında ciddi problemlər olacaq. Bu aylarda isə Azərbaycana xaricdən tərəvəz ixracı nəticəsində külli mqidarda valyuta gəlirdi. Heç olmasa vətəndaşlara ayrılan kvota artırılsın.

 

Məsələn, işığa 250 kilovat-saat əvəzinə, 500 kv, qaz üçün limit 1500-dən 3000 kuba qaldırılsın. Kənd rayonlarının bir çoxunda insanlar “ceyran peçi” ilə özlərini soyuqdan qoryurlar, bu da qaz sərfiyyatını artırır. Verilən kvota qətiyyən buna bəs etməyəcək. Baklıda və digər yerlərdə vahid istilik sistemi olmadığna görə bu problem var. Ona görə də Tarif Şurası bu kvotanı artırsa, çox yaxşı olar”.

F.Ağamalı sahibkarlığa dəstək verilməməsinə də etirazını bildirdi: “Əgər sahibkarlığa yardım fonduna vəsait ayrılmayıbsa, banklar da iflic haldadırsa, onda sahibkarlıq necə inkişaf edəcək?”.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə