Deputat oğlu özünü güllələdi – Post uğrunda mübarizə
Deputat oğlu özünü güllələdi – Post uğrunda mübarizə
20 Sentyabr 2016 / 16:26 / Baxış sayı: 718
Font1 Font2 Font3 Font4
Bizimxeber

Ermənistanda deputat oğlunun meyiti tapılıb. “Qafqazinfo” erməni KİV-ə istinadən xəbər verir ki, “Çiçəklənən Ermənistan” fraksiyasının deputatı Verdevan Qriqoryanın oğlu yaşadığı evin zirzəmisində başından odlu silahdan açılmış atəşlə ölmüş vəziyyətdə aşkarlanıb. 

İyirmi iki yaşlı Arşak Qriqoryanın ölümü ilə bağlı “özünü öldürmə həddinə çatdırma” və “qanunsuz silah saxlama” maddələri ilə cinayət işi açılıb. Qeyd edək ki, deputat Vardevan Qriqoryan Gümrünün meri postuna namizədliyini irəli sürüb. Son vaxtlar Ermənistanda mer postu uğrunda gedən mübarizə gərginliyi ilə diqqət mərkəzindədir.

Belə ki, bir neçə gün əvvəl də Eçmədzin meri postuna namizədlər arasında silahlı insindet yaşanmışdı. İndiki icra başçısı Karen Qriqoryanın avtomobili bu posta namizəd olan Artur Tumanyan tərəfindən atəşə tutulmuşdu.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə