Deputat hüquq-mühafizə orqanlarını dollar qıtlığına müdaxilə etməyə çağırdı
Deputat hüquq-mühafizə orqanlarını dollar qıtlığına müdaxilə etməyə çağırdı
07 Sentyabr 2016 / 16:34 / Baxış sayı: 1130
Font1 Font2 Font3 Font4
Bizimxeber

“Valyutanın çatışmazlığı barədə söhbətlər xalis spekulyasiyadır. İndi də süni olaraq manat kütləsinin çatışmazlığı yaradılıb”, – bunu virtualaz.org-a müsahibəsində Milli Məclisin İqtisadi siyasət komitəsinin sədr müavini, deputat Vahid Əhmədov deyib.

Deputat yaranmış vəziyyətlə bağlı təəccübünü gizlətməyib.

Onun fikrincə, ölkəyə biznesdən, turizmdən və digər mənbələrdən kifayət qədər valyuta daxil olur: “Valyuta spekulyasiyaları ilə bağlı vəziyyətə vaxt itirmədən hüquq-mühafizə orqanları qarışmalıdırlar. Guya çox şiddətli dollar çatışmazlığı üçün heç bir səbəb yoxdur. Anlamaq olmur ki, bu işbazların süni şəkildə yaratdıqları vəziyyətə ölkənin Mərkəzi Bankının rəhbərliyi niyə müdaxilə etmir. Onlar bu prosesi birinci olaraq yoluna qoymalı idilər”.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə