Demokratik İslahatlar Partiyası jurnalistlərə mükafat təqdim edib
Demokratik İslahatlar Partiyası jurnalistlərə mükafat təqdim edib
16 Sentyabr 2016 / 16:31 / Baxış sayı: 368
Font1 Font2 Font3 Font4
Bizimxeber

Partiyanın mətbuat xidmətindən Bizimxeber.az saytına verilən məlumata görə, Demokratik İslahatlar Partiyası (DİP) “22 iyul – Milli Mətbuat Günü” münasibətilə Partiyanın təsis etdiyi “Həsən bəy Zərdabi və Nəcəf Nəcəfov ənənələrinin davamı və inkişafı uğrunda” mükafatı sahiblərinə təqdim edib.

Təqdimat məqsədilə geçirilən görüşdə partiya sədri Asim Mollazadə qeyd edib ki, DİP bu mükafatı təsis etməklə cəmiyyətə azad və peşəkar medianın inkişafının önəmi ilə bağlı mesaj vermək istəyir. 

“Müstəqil və demokratik Azərbaycanın qurulmasında, inkişafında jurnalistlərin də mühüm rolu var. Hesab edirik ki, ölkədəki hər kəsin, o cümlədən də, siyasi partiyaların mediaya dəstək verməsi vacibdir” – deyə millət vəkili bildirib.

Sonra o, müvafiq diplomları və mükafatı qaliblərə təqdim edib. 

Ann.az saytının redaktoru Nailə Bağırova “təhsil və mədəniyyətin təbliğinə dair materialların hazırlanmasındakı roluna görə”, Axar.az saytının əməkldaşı Aygün Yusibova “Qarabağ probleminə və ölkənin ictimai-siyasi gündəminə dair hazırladığı obyektiv materiallara görə”, CSC telekanalının redaktoru Sənan Rzayev “xarici dildə peşəkar xəbər buraxılışlarının və teleproqramların hazırlanmasındakı xidmətlərinə görə” 2016-cı ilin mükafatını qazanıblar. 

Qaliblər mükafatlara və partiyanın bu ənənəsinə görə Asim Mollazadəyə təşəkkürlərini bildiriblər. Media tariximizdə böyük rolu olan iki dahi şəxsiyyətın adını daşıyan mükafatı əldə etməkdən qürur hissi keçirdiklərini ifadə ediblər. 

Xatırladaq ki, bu təsisatda məqsəd əsası 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən qoyulmuş, 20-ci əsrin 90-cı illərində Nəcəf Nəcəfov tərəfindən yenidən canlandırılmış Azərbaycan mətbuatının maarifçilik ənənələrini davam etdirməyə, azad, demokratik və peşəkar mətbuatın formalaşması uğrunda yorulmadan mübarizə aparmağa, obyektiv və məsuliyyətli sözə üstünlük verməyə həvəsləndirməkdir. Mükafat DİP tərəfindən 2008-ci ildə təsis olunub.

Bizimxeber.az

 DIP KIV mukafat 1 DIP KIV mukafat 2

DIP KIV mukafat 3 DIP KIV mukafat



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə