Əsas menu

“Dəmirbank”dan kredit götürənlərin adları kompensasiya siyahısında yoxdur 

“Dəmirbank”dan dollarla kredit götürənlərin kompensasiyasının hesablanmasında problemlər yaranıb. 

Lisenziyasına xitam verilən “Dəmirbank”ın ləğvedicisi təyin olunan Əmanətlərin Sığortalanması Fondundan “Qafqazinfo”ya bildirilib ki, bu problem sırf həmin vətəndaşla bağlı deyil: “DəmirBank”ın müştəri bazası vahid sistemdə olmadığına görə məlumatın sistemə yüklənməsi mərhələli şəkildə aparılır.

O bankın üç “core banking”i olduğu üçün digər məlumatlarla müqayisədə gec yüklənir. Vətəndaşlardan xahiş edirik ki, narahat olmasınlar. Proqram yeniləndikcə məlumatların hamısı görünəcək. Yaxın 3 gün ərzində “Dəmirbank”ın bütün müştərilərinin məlumatları sistemə daxil ediləcək və istifadəçilər kompensasiya alacaq şəxslərin siyahısında öz adlarını görə biləcəklər”.

Bizimxeber.Az






Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*