Dekoderin quraşdırılması problemə çevrilib
Dekoderin quraşdırılması problemə çevrilib
18 Noyabr 2016 / 16:57 / Baxış sayı: 1032
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bakı və Abşeron ərazisində analoq televiziya yayımının dayandırılmasından 18 gün ötməsinə baxmayaraq əhalidən müraciətlər gəlməkdə davam edir.

Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin (Teleradio İB) Texniki şöbəsinin rəisi Zöhrə Əfəndiyeva “Report”a bildirib ki, bu günədək əhalidən 43,5 min zəng qəbul olunub: “Bu say hələ müraciətlərin hamısı deyil. Analoq yayımın dayandırılmasından sonra fəaliyyət göstərən “qaynar xətt”ə (14-11 nömrəli) 44 minə yaxın müraciət daxil olub. Amma bizim digər şöbələrə də müraciətlər olur”.

Onun sözlərinə görə, əhali, daha çox da yaşlı insanlar dekoderləri quraşdırmaqla bağlı problem yaşayırlar: “Bəzən bizim əməkdaşlar könüllü şəkildə yaşlı və ya xəstə insanların evinə gedir və yardım göstərirlər”.

Z.Əfəndiyeva deyib ki, mövcud məsələ ilə bağlı bölgələrdən də zənglər gəlir.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə