Daxili İşlər Nazirliyi bugünkü mitinqlə bağlı məlumat yaydı
Daxili İşlər Nazirliyi bugünkü mitinqlə bağlı məlumat yaydı
11 Sentyabr 2016 / 21:02 / Baxış sayı: 802
Font1 Font2 Font3 Font4
Bizimxeber

Daxili İşlər Nazirliyi (DİN) Milli Şuranın bu gün keçirdiyi mitinqlə bağlı rəsmi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, sentyabrın 11-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı “Məhsul” stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib: “Saat 17.00-dan 19.00-dək davam edən toplantıda həmin quruma daxil olan ayrı-ayrı partiyaların və bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı 2500 (iki min beş yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb”.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə