Daşkəsəndə hədə-qorxu ilə pul tələb edən şəxslər saxlanılıb
Daşkəsəndə hədə-qorxu ilə pul tələb edən şəxslər saxlanılıb
12 Avqust 2016 / 20:30 / Baxış sayı: 760
Font1 Font2 Font3 Font4
Bizimxeber

Daşkəsəndə hədə-qorxu ilə pul tələb etməkdə və adam bıçaqlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, avqustun 6-da Daşkəsən rayonunun Xoşbulaq kəndində Səbuhi Hətəmovu Tural adlı tanışı 3 naməlum şəxslə birgə “VAZ-2121” markalı avtomobilə zorla oturdub dağlıq əraziyə apararaq bıçaqla hədələyib 500 manat pul tələb edib, vermədiyindən bıçaqla ona yüngül xəsarət yetirib.

Daşkəsən RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ağcabədi şəhər sakini Tural Əhmədov və Göygöl rayon sakini Ayxan Hüseynli tutulublar. Faktla bağlı araşdırma aparılır.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə