Daşkəsən rayonuna yeni polis rəisi təyin edildi
Daşkəsən rayonuna yeni polis rəisi təyin edildi
04 Avqust 2016 / 19:48 / Baxış sayı: 1656
Font1 Font2 Font3 Font4
Bizimxeber

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Daşkəsən rayonuna yeni polis rəisi təyin edib.

Bu posta Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsində çalışan polis mayoru Fəxrəddin Abbasov gətirilib. DİN-in mətbuat xidməti faktı təsdiqləyib.

Ramil Usubov təxminən bir ay əvvəl Daşkəsən Rayon Polis Şöbəsinin əvvəlki rəisi Elsevər Aslanovu Ağstafa Rayon Polis Şöbəsinə rəis göndərib.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə