Dalaşdığı şəxsləri maşınla əzərək qətlə yetirən şəxsəAĞIR CƏZA
Dalaşdığı şəxsləri maşınla əzərək qətlə yetirən şəxsəAĞIR CƏZA
16 Avqust 2016 / 14:02 / Baxış sayı: 602
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qusarda həmkəndlilərini avtomobillə qəslə əzməkdə təqsirləndirilən Habil Abbasovun cinayət işi üzrə məhkəmə başa çatıb. 

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.  Hakimlər kollegiyasının hökmü ilə H.Abbasov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il dekabr ayının 29-da Qusar rayonunun İmamqulu kəndində baş verib. Kənd sakini H.Abbasov münaqişə zəminində idarə etdiyi “Opel” markalı avtomobillə həmkəndliləri Əliverdi Mirzəyevi və Ziyəddin Ağasıbəyovu vuraraq hadisə yerini tərk edib.

Ə.Mirzəyev hadisə yerində ölüb, Z.Ağasibəyov isə xəstəxanaya yerləşdirilib. Qusar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində H.Abbasov tutulub. O, Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd) maddələri ilə ittiham olunur.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə