Daha hansı universitetlərdə Gülən izi var?
Daha hansı universitetlərdə Gülən izi var?
26 İyul 2016 / 12:16 / Baxış sayı: 382
Font1 Font2 Font3 Font4
Bizimxeber

Türkiyədə hərbi çevriliş cəhdi ardından Fətullahçılara qarşı başlanan əməliyyatlar hələ də davam etdirilir. Hazırda Türkiyədə 1000 dən artıq təhsil ocaqları bağlanıb və əksərində ciddi yoxlamalar aparılır. Onların Gülən Hərəkatı ilə əlaqələrinin olub olmadığı araşdırılır, rektorların fəaliyyəti yoxlanılır. Bütün bunların fonunda Gülənçilərin Azərbaycandakı fəaliyyəti də diqqət mərkəzinə gəlib.

İlk olaraq ANS telekanalının 1 aylıq bağlanması, ardınca Qafqaz Universitetində fəaliyyətin kökündən dəyişdirilməsi və rektorun istefaya getməsi bu araşdırmaların ilkin cizgiləri kimi qiymətləndirilməlidir.

Bizimxeber.az xeber verir ki, daha bir neçə ciddi nüans ortadadır. Azərbaycanda Fətullah Gülənin nəzarəti altında daha kimlər var? Bu hərəkat daha hansı ali və ya orta təhsil müəssisələrinə sıza bilib? Əgər bilibsə onların fəaliyyəti hansı gücdədir? Bölgələrdə fəaliyyət göstərən (Gəncə Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti) universitetlərdə gülənçilər varmı? Hansı postları tuturlar və onların təsir gücü nə qədərdir?

Bu barədə olduqca ciddi araşdırmalar aparmaq lazımdır. Yəqin ki, aidiyyatı qurumlar bu barədə müəyyən addımlar atır. Amma bütün bunların fonunda mətbuat da dəstək verməlidir ki, Türkiyəni qarışdıran, çoxsaylı insan ölümü və dağıntılarla yadda qalan Gülən Hərəkatının üzvləri bizim ölkədə daha ciddi fəaliyyət göstərə bilməsin.

Araşdırmalarımız davam edir…

Bizimxeber.az

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə