Daha bir sığorta şirkəti bazarı tərk edir
Daha bir sığorta şirkəti bazarı tərk edir
04 Oktyabr 2016 / 14:06 / Baxış sayı: 602
Font1 Font2 Font3 Font4
Bizimxeber

Oktyabrın 12-də “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Yığıncağın gündəliyinə “Beynəlxalq Sığorta Şirkəti” ASC-nin (BSŞ) fəaliyyətinə xitam verilməsi haqqında məsələ daxildir.

Xatırladaq ki, BSŞ 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 14,8 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 10 min manat olan 1 480 səhm əsasında formalaşıb. Səhmlər 100% ABB-yə məxsusdur.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə