Daha bir şəhər Olimpiya Oyunlarına ev sahibliyindən imtina etdi, gərəksiz xərclərə görə…
Daha bir şəhər Olimpiya Oyunlarına ev sahibliyindən imtina etdi, gərəksiz xərclərə görə…
22 Sentyabr 2016 / 11:12 / Baxış sayı: 744
Font1 Font2 Font3 Font4
Bizimxeber

İtaliya paytaxtı Roma 2024-ci ilin Olimpiya oyunlarına ev sahibliyi müraciətini geri götürəcək. Roma meri bəyan edib ki, İtaliya paytaxtının bu qədər maliyyə çətinlikləri içində olimpiadaya ev sahibliyi etməsi məsuliyyəsizlik olardı.

Olimpiya komitəsi son ana qədər müxalif “Beş Ulduz” hərəkatından ötən iyunda mer seçilmiş Virciniya Raqqinin  öz fikrindən dönəcəyinə ümid bəsləyirdi.Roma olimpiadaya son dəfə 1960-cı ildə ev sahibliyi etmişdi. Şəhər maliyyə çətinliklərinə görə 2020-ci ilin Oyunlarına ev sahibliyi müraciətini geri götürmüşdü.

Bundan əvvəl Boston və Hamburq 2024-ci ilin Olimpiadasına ev sahibliyindən imtina edib. Almaniya 1972-ci ildən bəri olimpiya oyunlarına ev sahibliyi etməyib. Hamburq şəhərinin ev sahibliyindən geri çəkilməsi qərarı isə referendumla qəbul olunub.

Lakin Paris, Los Anceles and Budapeşt ev sahibliyinə hələ də iddialıdırlar. Bu şəhərlər öz namizədliklərini oktyabrın 7-dək təsdiq etməlidir.

İtaliya Olimpiya Komitəsinin prezidenti Giovanni Malaqo xanım Raqqinin heç olmasa referendum keçirməyə razılıq verəcəyinə ümid edirdi. İndi isə “Roma 2024” komitəsi “təəccüb və pərtlik” bildirən bəyanatla çıxış edib. Komitə bildirib ki, Oyunlar Roma iqtisadiyyatına 1, 7 milyard dollar töhfə verə bilərdi.

Lakin xanım Raqqi belə yanaşmanı qəbul etməyib. “Biz bununla əslində Roma və İtaliya sakinlərini borc altına girməyə məcbur edirik. Biz bu təşəbbüsü dəstəkləmirik” –mer deyib.

Virciniya Raqqi bildirib ki, Roma hələ də 1960-cı il Olimpiadasının borclarını verib qurtarmayıb. Romanın olimpiya rəsmiləri 2024-cü il Oyunları üçün 5, 3 milyard avroluq büdcə tutmuşdular. Onlar deyirdilər ki, yarışlar üçün meydançaların 70 faizi artıq mövcud olan komplekslərdədir.

1984-cü ildə Los Anceles Olimpiada üçün mövcud obyektlərdən istifadə etmiş və qazanc götürmüşdü. Bu şəhərin 2024-cü il Olimpiadası üçün tutduğu büdcə 4, 52 milyard dollardır və gözlənilən gəlir 150 milyon dollardan artıq olmalıdır. Lakin olimpiadaları keçirən əksər şəhərlər borca və ziyana düşüb. 2004-cü ildə Afinada keçirilmiş Olimpiada 9 milyard avroya başa gəlmişdi. Yunanıstan hazırda nəhəng borcun girdabındadır. 2016-cı ilin Rio Oyunlarına 12 milyard dolların xərcləndiyi təxmin edilir.

2012-ci ilin London Olimpiadası büdcədən üç dəfə bahaya – 8, 77 milyard funt sterlinqə başa gəlmişdi.Buna baxmayaraq London Olimpiadası 10 milyard funt sterlinqə yaxın ticarət və investisiyaları cəlb etmişdi.

Bizimxeber.az



Daha bir şəhər Olimpiya Oyunlarına ev sahibliyindən imtina etdi, gərəksiz xərclərə görə… yazısına 1 şərh yazıldı

Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə