Daha bir jurnalistin evini yardılar – Bakıda
Daha bir jurnalistin evini yardılar – Bakıda
10 Oktyabr 2016 / 13:24 / Baxış sayı: 616
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bakıda jurnalistin evini yarıblar. Evi yarılan jurnalist AzTV-də efirə gedən “Parlaq zəka” verilişinin aparıcısı və layihə rəhbəri Aydın Piriyevdir. 

A.Piriyev dünən gecə saat 00:12-də bildirib ki, Yasamal rayonunda yerləşən evini naməlum şəxslər qarət edib: “Evə gəldik, gördük ki, evi yarıblar. Ehtiyatlı olun, dostlar”-deyə yazıb.

Zərərçəkmiş jurnalist evindən qızıl-zinyət əşyaları, noutbuk və qol saatları oğurlandığını söyləyib .Oğrular mənzilə pəncərəni sındırıraq daxil olublar. Jurnalist Aydın Piriyevin müraciəti əsasında faktla bağlı Yasamal Rayon Polis İdarəsində (RPİ) araşdırma aparılır.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə