Загрузка...

bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

Daha bir deputatın qardaşlarının borc qalmaqalı

2107 oxunma | Tarix: | 2 ay öncə

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Çingiz Qənizadənin qardaşlarının və yaxın qohumlarının banka borcu olduğu məlum olub. Bizimxeber.az-nun əldə etdiyi məlumata görə, “Accessbank” deputatın qardaşları Feyruz Qənizadə, Gündüz Qənizadə, yaxın qohumları M.Qəniyeva, Rövşən Əfəndiyev və Ruslan Həşimova qarşı Ağdaş Rayon Məhkəməsində iddia qaldırıb.

2018-ci ilin sonundan Ağdaş Rayon Məhkəməsinin sədri Famil Nəsibovun sədrliyi ilə baxılan məhkəmə işi bu ilin iyun ayınadək davam edib. Məhkəmə yekun akt olaraq ərizənin baxılmamış saxlanılması barədə qərar qəbul edib və əsas olaraq tərəflərin məhkəmə prosesində iştirak etmədiyii göstərib.
Kreditin biznes məqsədi ilə götürüldüyü və böyük miqdarda olduğu bildirilir.
Redaksiyamıza daxil olan məlumatda bildirilir ki, Milli Məclisin üzvü Rafael Cəbrayılovun deputat mandatından imtina etməsi ilə nəticələnən borc qalmaqalı (Rafael Cəbrayılovun özünün və qardaşının banka və vətəndaşlara külli məbləğdə borcu var) deputatların biznes sahələrinə nəzarət məsələsini gündəmə gətirib.
Xüsusilə, mandatdan imtina qalmaqalı səngiməmiş, onunla eyni komitədə təmsil olunan Çingiz Qənizadənin qohumlarının adının hallanması məsələnin ciddiyyətindən xəbər verir.
XƏBƏRLƏR:  “Qazax sərhədində təxribatların əsas məqsədi hərbi əməliyyatların bərpasıdır”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir