Daha 8 rayonda analoq yayım dayandırıldı
Daha 8 rayonda analoq yayım dayandırıldı
01 Dekabr 2016 / 0:22 / Baxış sayı: 810
Font1 Font2 Font3 Font4
Bizimxeber

Şamaxı, Qobustan, Siyəzən, Şabran, Xızı, Quba, Qusar, Xaçmaz rayonlarında artıq dekorderlərə təlabat artıb…

Dekabrın 1-dən 8 rayonda analoq televiziya yayımı dayandırılacaq. “BizimXəbər” məlumat verir ki, Şamaxı, Qobustan, Siyəzən, Şabran, Xızı, Quba, Qusar, Xaçmaz rayonlarında artıq dekorderlərə təlabat artıb. Şamaxıda dekoderlərə elektron mallar satılan bütün mağazalarda rast gəlmək olar. Satış yerlərində bu cihazların qiyməti fərqlidir.

Qubada dekoder satışı hələlik zəifdir. Ancaq analoq yayım dayanandan sonra vəziyyətin dəyişəcəyi gözlənilir.

Həmin gün ümumi rayonlar üzrə quraşdırılmış təxminən 330 analoq televiziya stansiyasından 77-si söndürüləcək. 330 analoq televiziya stansiyasını hələlik 145 rəqəmli televiziya stansiyası əvəz edəcək. Amma gələcəkdə rəqəmli TV stansiyalarının sayı 190-a çatdırılacaq. Əhalinin rahatlığının təmin edilməsi, analoq TV qəbulediciləri vasitəsilə rəqəmli TV yayımının izlənməsi üçün tələb olunan  dekoderlərin əldə olunması işinin asanlaşdırılması məqsədilə  analoq yayım mərhələli şəkildə dayandırılacaq. II mərhələdə analoq yayımın dekabrın 10-dan, III mərhələdə dekabrın 20-dən dayandırılması nəzərdə tutulur.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə