Daha 3 şirkət Azərbaycan bazarını tərk etdi
Daha 3 şirkət Azərbaycan bazarını tərk etdi
07 Sentyabr 2016 / 12:34 / Baxış sayı: 742
Font1 Font2 Font3 Font4
Bizimxeber

Azərbaycanda 3 xarici şirkətin nümayəndəliyi ləğv olunur. Bu barədə “Report” Vergilər Nazirliyinə istinadən xəbər verir.

Nümayəndəliyini bağlayan şirkətlərdən biri “China Geo-Engineering Corporation İnternational” MMC-dir. Kreditorlar tələblərini Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti,15, məhəllə 1212 ünvanına bildirə bilərlər.

Azərbaycanı tərk edən 2-ci şirkət Böyük Britaniyanın “Cadbury CIS B.V.”-dir. Kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Neftçilər prospekti 153, “Port Baku Taures” Biznes Mərkəzi (Cənub Qülləsi), 9-cu mərtəbə ünvanına bildirə bilərlər.

Bundan başqa, Türkiyəyə məxsus “Elit” MMC Azərbaycanda filialının ləğv olunduğunu elan edib. Kreditorlar tələblərini Bakı şəhəri, Səbail rayonu, Məmməd Əfəndiyev küçəsi, mənzil 3 ünvanına bildirə bilərlər.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə