Dağıstanlı gənc namaz rükətlərini sayan xalça ixtira etdi
Dağıstanlı gənc namaz rükətlərini sayan xalça ixtira etdi
19 Sentyabr 2016 / 16:16 / Baxış sayı: 566
Font1 Font2 Font3 Font4
Bizimxeber

Mahaçqaladan olan gənc ixtiraçı Eldar Klıçev namazda səcdə hərəkətlərini sayan sensorlu xalça ixtira edib.

Avropa.info xəbər verir ki, xalça namazın rükətlərində səhv etməməyə kömək edir. Xalçanın baş tərəfinə tikilən qurğu başın hər ikinci toxunuşunu rəqəm kimi daxil edir və ekranda göstərir. Namaz qılan şəxs düzgün namaz istiqaməti almadığı halda sensorlar vibrasiya edərək, xəbərdarlıq siqnalı verir.

İxtiraçı deyib ki, o, özü namaz qılarkən dəfələrlə rükətlərin sayında səhv edib. Artıq 50 xalça sata bilib və Dağıstan, Səudiyyə Ərəbistanı imamlarının razılığını alıb.

“Yer üzündə 1,6 milyard müsəlman yaşayır. Mənim hədəfim bu bazarın 1%-i əhatə etməkdir, yəni 17 milyon nəfəri” – deyə Eldar Klıçev bildirib.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə