Dərslikləri sentyabrın 5-ə qədər əldə edin – Nazirlikdən müraciət
Dərslikləri sentyabrın 5-ə qədər əldə edin – Nazirlikdən müraciət
24 Avqust 2016 / 13:11 / Baxış sayı: 758
Font1 Font2 Font3 Font4
Bizimxeber

Təhsil Nazirliyi 2016-2017-ci tədris ili üçün çap edilən dərsliklərlə bağlı şagird və valideynlərə müraciət edib. Nazirlikdən Lent.az-a verilən məlumata görə, yeni tədris ili üçün çap edilən dərsliklərin yerlərə çatdırılması prosesi artıq yekunlaşıb. Sentyabrın 5-nə qədər isə dövlət ümumtəhsil müəssisələri tərəfindən dərsliklərin şagirdlərə paylanılması nəzərdə tutulur.

Şagirdlərin bir məktəbdən digərinə yerdəyişməsi, şagird sayının artması və I sinfə gedəcək şagirdlərin sayının 100 faiz dəqiqliklə proqnozlaşdırılmasının mümkünsüzlüyü bəzi məktəblərdə dərsliklərlə təminatda müəyyən çətinliklər yarada bilər.

Bu səbəbdən hamının vaxtında dərsliklərlə təminatı üçün şagirdlərdən və onların valideynlərindən sentyabrın 5-nə qədər təhsil aldıqları məktəbə müraciət edərək dərsliklərin əldə edilməsi xahiş olunur. Hansısa səbəbdən şagirdlərin dərsliklərlə təminatında çətinliklər yaranarsa, bu barədə məktəb rəhbərliyinə məlumat verilməlidir.

Yaranmış problem məktəb rəhbərliyi və aidiyyəti qurumlar tərəfindən sentyabrın 15-nə qədər həll olunacaq. Dərsliklərin əldə edilməsi üçün məktəblərə vaxtında edilən müraciətlər dərslik təminatında yarana biləcək problemləri operativ şəkildə aradan qaldırmağa imkan verəcək.

Şagirdlərin və valideynlərin nəzərinə bir daha çatdırırıq ki, hər bir dərsliyin istifadə müddəti dörd ildir. Onlar dərsliklərin qorunmasına, səliqəli şəkildə istifadəsinə və dərs ilinin sonunda yeni istifadəçiyə ötürülməsinə qayğı ilə yanaşmalıdırlar.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə