Dərsliklərdə dinlə bağlı bilgilər genişləndiriləcək? – Nazirlikdən AÇIQLAMA
Dərsliklərdə dinlə bağlı bilgilər genişləndiriləcək? – Nazirlikdən AÇIQLAMA
20 Sentyabr 2016 / 11:30 / Baxış sayı: 254
Font1 Font2 Font3 Font4
Bizimxeber

Təhsil Nazirliyi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun “Yaxın vaxtlarda orta məktəblərdə  “Həyat bilgisi” dərsliklərində dinlə bağlı bilgilərin genişləndirilməsinin şahidi olacağıq”  fikrinə münasibət bildirib.

Təhsil Nazirliyindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Respublikasının ümumi təhsilin fənn kurikulumunda “Həyat bilgisi”nin fənn standartlarında şagirdlərə dini bilgilərin verilməsi nəzərdə tutulur.

Məlumatda qeyd edilir ki, şagird dinlər haqqında aşağıdakı bilgilərə və vərdişlərə yiyələnməlidir:

İbtidai təhsil səviyyəsi (I-IV) üzrə məzmun xətlərinə aid təlim nəticələrinə görə, şagird insanların fərqli icmalarda formalaşdığını bilir və bu fərqliliklərə tolerant yanaşır; dünyanın yaranması ilə bağlı əsas elmi və dini dünyagörüşləri mənimsəyir, dinlərin təbliğ etdiyi mənəvi dəyərləri anlayır və onları xurafatlardan ayırd edə bilir; mənəviyyatın formalaşmasında dinin rolunu anladığını nümayiş etdirir; təsvirlərdə dini rəmzləri (ibadətgahlar, nişanlar, dini kitablar, əşyalar) fərqləndirir; dinlər haqqında ilkin təsəvvürlərini sadə şəkildə izah edir.

Ümumi orta təhsil səviyyəsi (V-IX) üzrə məzmun xətlərinə aid təlim nəticələrinə görə, şagird kamil insanın formalaşmasında dinin rolunu dəyərləndirir, onun insan əxlaq və davranışlarına təsiri haqqında mülahizələrini bildirir; mənəviyyatın formalaşmasında dinin rolunu dəyərləndirir; dini inancların ümumi və fərqli cəhətlərini müqayisə edir; dini ibadət və mərasimləri müqayisə edir; dini-əxlaqi dəyərlərin mədəniyyətlərin formalaşmasına təsirini şərh edir; cəmiyyətdə birgəyaşayış qaydalarının formalaşmasında dini əxlaqi dəyərlərin rolunu qiymətləndirir; müxtəlif dinlərə münasibətdə tolerantlıq nümayiş etdirir.

Məlumatda qeyd olunub ki, həmin təlim nəticələrinin əldə olunması üçün də indiyədək ümumtəhsil məktəbləri üçün hazırlanmış I-IX sinif  “Həyat bilgisi” dərsliklərində dini mövzular öz əksini tapıb: “Hazırda 12 illik təhsilə keçidlə əlaqədar təhsil proqramlarının (fənn kurikulumları) yeniləşdirilməsi məqsədilə təhlillər aparılır və gələcəkdə “Həyat bilgisi” fənnində dini məsələlərin necə işıqlandırılacağı haqqında indidən hər hansı fikir irəli sürmək qeyri-mümkündür”.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə