“Dərinsulu Günəşli” platformasında çalışan işçi itkin düşüb
“Dərinsulu Günəşli” platformasında çalışan işçi itkin düşüb
08 Noyabr 2016 / 15:42 / Baxış sayı: 1772
Font1 Font2 Font3 Font4
Bizimxeber

“Dərinsulu Günəşli” platformasındakı qazma podratçısının bir işçisi bu gün səhər itkin düşüb. “Azəri-Çıraq-Günəşli” yatağının işlənməsi layihəsinin əməliyyatçısı olan BP şirkətindən Bizimxeber.az-a bildirilib ki, hadisənin təfərrüatları hazırda araşdırılır.

BP öz qəzalara qarşı cavab tədbirləri qrupunu səfərbər edib. İtkin düşmüş şəxsin tapılması üçün zəruri tədbirlər görülür. Xəzər dənizində axtarış və xilasetmə resursları da hazırda səfərbər olunub.

Həmin şəxsin ən yaxın ailə üzvləri və müvafiq hökumət orqanları bu barədə məlumatlandırılıb. BP hadisə ilə bağlı cavab tədbirləri görmək üçün hökumət orqanları ilə sıx işləyir.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə