Dənizdə neftçi itkin düşüb
Dənizdə neftçi itkin düşüb
08 Noyabr 2016 / 14:42 / Baxış sayı: 758
Font1 Font2 Font3 Font4
Bizimxeber

BP-nin Xəzərdəki platformasında fövqəladə hadisə: bir nəfər itkin düşüb

“Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda istismar olunan “Dərinsulu Günəşli” platformasındakı qazma podratçısının bir işçisi bu gün səhər saatlarında itkin düşüb. 

Bu barədə yataqlarda hasilat işləri aparan beynəlxalq konsorsiumun  əməliyyatçısı olan “BP-Azerbaijan” şirkətindən bildirilib.

Hadisənin təfərrüatları hazırda araşdırılır.  “BP özünün  qəzalara qarşı cavab tədbirləri qrupunu səfərbər edib və itkin düşmüş şəxsin tapılması üçün zəruri tədbirlər görür. Xəzər dənizində axtarış və xilasetmə resursları da hazırda səfərbər edilib”.-şirkət bildirir.

Məlumata görə itkin düşən şəxsin ən yaxın ailə üzvləri və müvafiq hökumət orqanları bu barədə məlumatlandırılıb. “BP hadisə ilə bağlı cavab tədbirləri görmək üçün hökumət orqanları ilə sıx işləyir”, – deyə məlumatda bildirilir.

İnsidentin hansı şəraitdə baş verdiyi açıqlanmır.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə