Dəniz Baykalın videosunu yayanlar həbs olunacaq
Dəniz Baykalın videosunu yayanlar həbs olunacaq
02 Avqust 2016 / 16:13 / Baxış sayı: 608
Font1 Font2 Font3 Font4
Bizimxeber

Türkiyənin əsas müxalifət partiyasının sabiq sədri Dəniz Baykalın videogörüntülərinin yayılması ilə bağlı yeni detallar ortaya çıxıb.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, Ankara Prokurorluğu Milliyyətçi Hərəkat Partiyasının (MHP) bəzi sabiq deputatları və Cümhuriyyət Xalq Partiyasının (CHP) Antalyadan seçilmiş millət vəkili Dəniz Baykala aid olduğu iddia edilən videogörüntülərlə bağlı aparılan istintaq tədbirləri çərçivəsində 170 şübhəlidən 89 nəfərinin həbsinə order verilib.

Məlumata görə, onlardan 36-sı saxlanılıb, digər 53 şübhəlinin yaxalanması üçün axtarşlar aparılır. Saxlanılanlardan 34 nəfəri polisdir.

Qeyd edək ki, 2010-cu il mayın 7-də CHP-nin sabiq sədri Dəniz Baykalın partyadaşı, keçmiş millət vəkili Nəsrin Baytokla seks videosu olduğu iddia edilən görüntülər internetdə yayımlanmışdı. Nəticədə Baykal partiyanın sədrliyindən istefa vermək məcburiyyətində qalmışdı. Bundan sonra video araşdırılması üçün Beynəlxalq Kriminal Bürosuna göndərilib və görüntülərin montaj olduğu bildirilib.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə