Bundan bərk qəzəblənən Çovdarov da hərəkətə keçib. İlk əvvəl naziri Eldar Mahmudovu qorumaq üçün baş verənlərin öz üzərində cəmlənməsinə razılıq versə də, sonradan bundan vaz keçib. Son günə kimi eks-nazir Eldar Mahmudovun dolayısı ilə ona kömək edəcəyini gözləyən Çovdarov, yanıldığını görərək istintaqın yenidən aparılmasını tələb edir. O, açıq şəkildə bildirib ki, etdiyi əməlləri nazir Eldar Mahmudovun tapşırığı ilə həyata keçirib. Ona görə də dolayısı ilə Mahmudovun da həbs olunmasını istəyir.
Həmçinin Çovdarov saxlama təcridxanasından istintaq materiallarında adı keçən yüksək cinli məmurlara, icra başçılarına, əsasən də iş adamlarına mesajlar göndərir. Mesajlarda bildirilir ki, onun etdiyi əməllərin arxasında nazir Eldar Mahmudov dayanır; istintaqa verdiyi ifadələri geri götürsünlər və ya dəyişsinlər. Əsk təqdirdə, əlində olan digər məlumatları məhkəmədə açıb deyəcək, həbsdə olduğu müddətdə mətbuata ötürəcək.
Diğər tərəfdən, Eldar Mahmudovun həbs olunmasını əngəlləyən müəyyən əllər Çovdarovun məhkəmədə danışmaması üçün çalışırlar. Ehtimal olunur ki, eks-nazir Mahmudov Çovdarovun məhkəməsinə gətiriləcək. Bu səbəbdən də Çovdarovun məhkəmə salonunda “artıq-əskik” danışması Mahmudovun həbs olunmasına yol aça bilər.
Bir sözlə, Çovdarov artıq özünü ömürlük həbsdən qorumaq üçün Mahmudovun adını çəkir və aldadıldığını sübut etməyə çalışır.
Bizimxeber.az