Çovdarov yenə məhkəməyə gəlmədi
Çovdarov yenə məhkəməyə gəlmədi
14 Noyabr 2016 / 12:13 / Baxış sayı: 968
Font1 Font2 Font3 Font4
Bizimxeber

Lent az-ın vəkillərdən əldə etdiyi məlumatına görə,  təqsirləndiriləndən Səlim Məmmədov və Orxan Osmanov məhkəməyə gətirilsə də,  Akif Çovdarovun gəlməsi mümkün olmayıb.

Məhkəməyə bununla bağlı İstintaq Təcridxanasından arayış göndərilib. Çovdarovun iştirakı olmadan prosesin davam edib-etməyəcəyi məlum deyil. Proses 12:30 davam edəcək.

**
11:45

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrinə Nəzarət Baş İdarəsinin həbsdə olan rəisi Akif Çovdarovun vəziyyəti ağırdır. Lent.az-ın məlumatına görə, bu səbəblə də o, məhkəməyə gətirilməyib. Prosesdə təqsirləndirilənlərdən yalnız Akif Əliyev gətirilib. A.Çovdarov və digərləri isə məhkəmədə görünməyib. Prosesdə bildirilib ki, Akif Çovdarovun yenə səhhətində ciddi problemləri var.

Bildirildiyinə görə, onun müayinəsi ilə bağlı hələ məhkəməyə gətirilməsi mümkün deyil. Ona görə bu gün Bakı Hərbi Məhkəməsində keçiriləcək prosesi 12:30 qədər təxirə düşüb.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə