Çovdarov niyə vaxt udur? – Məhkəmədə fasilə olundu
Çovdarov niyə vaxt udur? – Məhkəmədə fasilə olundu
10 Noyabr 2016 / 11:54 / Baxış sayı: 1118
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bu gün Sabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən 4 MTN əməkdaşının növbəti məhkəmə prosesi başlayıb və dərhal da fasilə elan olunub.

Virtualaz.org-un proses iştirakçılarına istinadən verdiyi xəbərə görə, buna səbəb konvoy rəisinin verdiyi açıqlama olub. Rəis bildirib ki, Akif Çovdarovun səhhəti qəfil pisləşib və o hazırda həkimlərin ciddi nəzarəti altındadır. Onun məhkəməyə gəlib-gəlməyəcəyi həkimlərin qərarından sonra məlum olacaq. Bunun üçün isə müəyyən vaxt lazımdır.

Məhkəmə bunu nəzərə alıb və prosesdə saat 12.30-a qədər fasilə elan edib.

Maraqlıdır ki, Çovdarov məhkəmədən yayınmaq üçün vaxt udur. Mənbələr bilririr ki, Çovdarov bununla prosesə olan diqqəti azaltmaq və baş verən cinayətlərdə diğər şəxslərin adının şəkilməməsini istəyir.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə