Çovdarov ərizəsini geri götürdü
Çovdarov ərizəsini geri götürdü
17 Noyabr 2016 / 14:21 / Baxış sayı: 768
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bu gün ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin generalı Akif Çovdarov, idarə rəisləri – Səlim Məmmədrov, Akif Əliyev və Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bizimxeber.az-ın verdiyi xəbərə görə, baxış iclası Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə Sabunçu rayon Məhkəməsinin inzibati binasında baş tutub.

Akif Çovdarov ötən iclasda vəkilləri Kamandar Nəsibov və Sadiq Rəsulovdan imtina etməsi barədə verdiyi ərizəsini geri götürüb. Şahin Rəfiyevin Çovdarovun yeni vəkili olması barədə orderi qəbul edilib. Akif Çovdarov hər üç şəxsin onu müdafiə etməsini istədiyini deyib.

Proses davam edir, jurnalistlər zala buraxılmayıb.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə