Con Kerri: “Hazırda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mümkün deyil”
Con Kerri: “Hazırda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mümkün deyil”
30 Sentyabr 2016 / 10:30 / Baxış sayı: 664
Font1 Font2 Font3 Font4
Bizimxeber

“Hazırda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mümkün deyil”. Bu bəyanatla ABŞ-ın dövlət katibi Con Kerri çıxış edib.

O hesab edir ki, Azərbaycan və Ermənistan arasında yaranan Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün şərait hələ yaranmayıb: “Bu gün bir sıra dondurulmuş münaqişələr, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi var ki, onların hazırda nizamlanma mümkünlüyü nəzərdən keçirilmir. İlk öncə ona görə ki, liderlər buna hazır deyillər”.

ABŞ-ın xarici siyasət idarəsinin rəhbəri bununla belə hesab edir ki, Fələstin-İsrail münaqişəsi bu tip münaqişələrə aid deyil. Onun fikrincə, belə münaqişələr mürəkkəbdir: “Əgər insanlar bir sıra kompleks qərarlar qəbul edərlərsə, belə münaqişələr keçmişdə qala bilər.

Mən güman edirəm ki, İsrail-Fələstin münaqişəsi bu kateqoriyaya aiddir”.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə