ÇL: ““Viktoriya” – “Qarabağ” oyunu canlı yayımda YENİLƏNİB
ÇL: ““Viktoriya” – “Qarabağ” oyunu canlı yayımda YENİLƏNİB
26 İyul 2016 / 15:08 / Baxış sayı: 890
Font1 Font2 Font3 Font4
Bizimxeber

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində üz-üzə gələcək “Viktoriya” – “Qarabağ” matçını azarkeşlər canlı yayımda izləyə biləcək.

Futbolinfo.az xəbər verir ki, matç tamaşaçılara “CBC Sport” kanalı vasitəsi ilə təqdim olunacaq.

Xatırladaq ki, dünən “CBC Sport”un oyunu göstərmək üçün 6 min avro tələb etdiyi və bu məbləği ödəməyin imkanının olmadığı barədə məlumat yayılmışdı. Lakin son anda məsələyə müdaxilə edən AFFA tələb olunan 6 min avronu ödəməyi üzərinə götürüb. Bu barədə hələlik rəsmi açıqlama verilməsə də, yaxın saatlarda açıqlanacağı gözlənilir.

Onu da qeyd edək ki, “Viktoriya” – “Qarabağ” matçı bu axşam saat 22:15-də start götürəcək.

*   *   *10:25

Bu gün Ağdamın “Qarabağ” futbol klubu Çempionlar Liqasının III təsnifat mərhələsində Çexiyanın “Viktoriya” (Plzen) komandasının qonağı olacaq.

Plzen şəhərindəki “Dusan Arena”da keçiriləcək qarşılaşmanın baş hakimi makedoniyalı Aleksandar Stavrev olacaq. Ona həmyerliləri Maryan Kirovski və Deyan Kostadinov kömək edəcəklər. Dördüncü hakimi funksiyasını Dimitar Mekarovski yerinə yetirəcək.

Hakimlərin işinə uelsli Raymond Ellingem qiymət verəcək. Görüşün UEFA nümayəndəsi rumıniyalı İonel Piskanu olacaq.

Qeyd edək ki, “Viktoriya”-“Qarabağ” matçı Bakı vaxtı ilə saat 22:15-də start götürəcək.(AzərTAc)

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə