Cinayətkar idmançı dəstə ilə bağlı Rəsmi açıqlama
Cinayətkar idmançı dəstə ilə bağlı Rəsmi açıqlama
01 Dekabr 2016 / 12:02 / Baxış sayı: 1752
Font1 Font2 Font3 Font4
Bizimxeber

Noyabrın 25-də Qaynarinfo.Az saytında “Polis keçmiş idmançının rəhbərlik etdiyi cinayətkar dəstəni himayə edir” başlıqlı, 28 noyabr tarixində isə “Cinayətkar idmançı dəstəni kimlər müdafiə edir?” yazılar dərc olunmuşdu.

Hər iki yazıda bildirilirdi ki, Rza Xəlilov başçılıq etdiyi mütəşəkkil dəstə ilə Binəqədi yolu, “Vel” adlı avtoservisdə işləyən motorist Balayev Xəqanini vəhşicəsinə döyüb. Nəticədə Balayev Xəqaninin burnu və almacıq sümüyü sınıb, beyninə qan sızıb.

Şikayət məktubunda qeyd olunurdu ki, hadisəni araşdırmaq Binəqədi Rayon Polis İdarəsinin 4 saylı Polis Bölməsinin təhqiqatçısı Natiq Teymurova həvalə olunsa da, o, hadisənin üstündən 9 gün keçməsinə baxmayaraq, heç bir əməliyyat-axtarış və istintaq hərəkəti həyata keçirməyib. Məsələ ilə bağlı 4 saylı bölmənin rəis müavininə şikayət edilsə də, o da hər hansı bir qanunauyğun tədbir görməkdən imtina etmişdir.

Daha sonra zərərçəkmişin qardaşı Kəlbəcər rayonu Mərcimək kəndindən məcburi köçkün, hazırda Abşeron rayonu Pirəküşkül yaşayış massivində yaşayan Balayev Elnur Qüvvəd oğlu Qaynarinfo.Az saytı vasitəsi ilə Azərbaycan Respublikasının Daxili İşlər Naziri Ramil Usubova şikayət məktubu göndərmişdi.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirib ki, bu il noyabrın 21-də saat 19 radələrində paytaxtın Binəqədi rayonundakı «VİL» avtomobil servisinin qarşısında Xəqani Balayevin xuliqanlıq zəminində döyülməsi faktına görə Binəqədi RPİ-nin İstintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır:

“Cinayəti törətməkdə şübhəli bilinən  Rza Xəlilov istintaqdan gizləndiyi üçün barəsində axtarış elan edilib. Onun və cinayətin digər iştirakçılarının müəyyən olunaraq yaxalanması istiqamətində təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir”.

Bizimxəbər.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə