Çin smartfonları ABŞ-dakı məlumatları Çinə ötürür
Çin smartfonları ABŞ-dakı məlumatları Çinə ötürür
17 Noyabr 2016 / 10:30 / Baxış sayı: 638
Font1 Font2 Font3 Font4
Bizimxeber

ABŞ ərazisində işləyən Çin istehsalı olan smartfonların bir hissəsi dekoderlə təchiz edilib ki, onun sayəsində hər 72 saatdan bir mətn məlumatları Çin serverlərinə göndərilir.

Bizimxeber.az xəbər verir ki, bu barədə “The New York Times” nəşri yazır.

Qəzetin məlumatına görə, ABŞ-ın təhlükəsizlik sahəsindəki mütəxəssisləri bu günlərdə “Android” smartfonları üçün nəzərdə tutulmuş yenilənmədə istifadəçinin hərəkətini, onun kimə zəng etdiyini və göndərdiyi məlumatları izləməyi imkan verən proqram təminatını qeydə alıblar.

Hökumət əmin deyil ki, bu məlumatlar reklam məqsədləri ilə istifadə edilir, yoxsa məlumat toplamaq üzrə Çin kəşfiyyatının səyləri kimi qiymətləndirilməlidir.

Zəifliyi aşkar edən “Kryptowire” şirkəti əmindir ki, aşkar olunan proqram təminatı mətn məlumatlarının məzmununu, telefon nömrələrinin siyahısını, zənglərin vaxtı, istifadəçinin geolokasiyasını və digər məlumatları Çin serverlərinə ötürür. Bununla belə, istifadəçilər bu dekoder barədə xəbərsizdirlər.

İyulda bildirilib ki, Çindən olan hakerlər 10 milyon ədəd “Android” cihazlarına çıxış əldə ediblər.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə