Çin Honkonqa ən azı min il müstəqillik verməyəcək
Çin Honkonqa ən azı min il müstəqillik verməyəcək
23 Sentyabr 2016 / 10:06 / Baxış sayı: 242
Font1 Font2 Font3 Font4
Bizimxeber

Çin Honkonqa minimum min il müstəqillik verməyəcək.

Lenta.ru-nun məlumatına görə, bu barədə cümə axşamı, sentyabrın 22-də, Çin hökümətinin regiondakı rəsmi nümayəndəsi Van Çjenmin bəyan edib.

“Öz uğurları və stabilliyinə görə Honkonq Vətənə borcludur. Bəziləri hesab edirlər ki, Çinin sürətli inkişafı Honkonqun iqtisadiyyatı zəiflədəcək”, – o deyib.

Məmurun sözlərinə görə, şəhər bundan sonra da,bütün ölkə üçün demokratik və iqtisadi inkişafın nümunəsi olaraq qalmalıdır. Van qeyd edib ki, region ən azı min il müddətinə Çinin tabeçiliyində qalacaq.

“Əgər 7,3 milyon nəfər əhalisi olan Honkonq demokratiya əvəzinə yalnız ekstremizm, separatizm və zorakılığa üstünlük verirsə, bu zaman 1,4 milyard əhalisi olan Çin necə demokratiya nail ola bilər?”, – V.Çjenmin juranlistlərdən soruşub.

Qeyd edək ki, hazırda Çin və Honkonq “bir ölkə iki sistem” prinsipi ilə idarə olunur. Bu sistemə əsasən, KXDR-ə daxil olmasına baxmayaraq, Honkonq xüsusi administrativ region statusuna malikdir.(oxu.az)

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə