Çevriliş gecəsi PKK-nın Suriya qolu Türkiyəyə girəcəkmiş…
Çevriliş gecəsi PKK-nın Suriya qolu Türkiyəyə girəcəkmiş…
22 Avqust 2016 / 9:37 / Baxış sayı: 638
Font1 Font2 Font3 Font4
Bizimxeber

İyulun 18-də Suruçda saxlanılan PKK-nın Suriya qolu PYD-yə aid bir terrorçu istintaqa verdiyi ifadəsində 15 iyul gecəsi PYD-nin Türkiyəyə girmək üçün hazırlıq gördüyünü, ancaq çevriliş cəhdi baş tutmayınca bu planın fiaskoya uğradığını deyib.

Avropa.info xəbər verir ki, bu haqda Türkiyə mətbuatına verdiyi açıqlamada Şanlıurfanın Ceylanpinar rayonunun bələdiyyə başqanı Menderes Atilla danışıb. Atilla çevriliş cəhdi gecəsi Şanlıurfa-Suriya sərhədinə PYD-yə aid zirehli maşınların cəmləşdiyini və silahlı terrorçuların hazırlıq gördüklərini sərhəddən müşahidə etdiklərini də qeyd edib.

“Çevriliş cəhdinin olduğu gecə sərhəd xəttində PYD-yə aid çox sayda zirehli maşının sərhədə cəmləşdiyini müşahidə edirdik. O gecə, PYD-nin hərbi qolu YPG-yə məxsus ağır silahlar daşıyan çox sayda maşın gözləyirdi. Bu məlumatı içəridəki mənbələr də təsdiq edir. 18 iyulda sərhəddə yaxalanan bir terrorist də ifadəsində bu məlumatları təsdiqləyir. 15 iyul gecəsi hazırlıq aparıldığını və Türkiyəyə girmək istədiklərini deyən bu terrorçu, yalnız polis və mülki vətəndaşlara atəş açacaqları, əsgərlərə isə atəş açılmaması istiqamətində tapşırıq aldıqlarını bildirir.

Bundan başqa iyulun 22-də yaxalanan Diyarbəkir qeydiyyatlı Kamal Pir adlı terrorist də oxşar ifadələr verib. Əslində o gecə təkcə Resulayn və Kobani istiqamətindən deyil, PYD-nin nəzarətindəki bütün nöqtələrdə Türkiyəyə girmək üçün hazırlıqlar edilmişdi. Ancaq çevriliş cəhdi uğurlu olmayınca bu planları fiaskoya uğradı”, – deyə Atilla qeyd edib.

Xatırladaq ki, bir neçə gün öncə əslən Şanlıurfadan olan Türkiyə hökumətində nazir vəzifəsi tutan Faruk Çelik də belə bir açıqlama ilə çıxış etmişdi.

Türkiyəli siyasi şərhçilər isə diqqəti çevriliş cəhdindən bir müddət öncə, ABŞ-ın PYD-yə 50 min ton silah-sursat yardımı etməsinə yönəldirlər. Qeyd edək ki, Türkiyənin bütün narazılıqlarına baxmayaraq, ABŞ rəsmən PKK-nın Suriya qolu PYD/YPG-ni dəstəkləyir.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə