Əsas menu

“Çelsi” Avropa Liqasının qalibidir – Fotolar 

Avropa Liqasının Bakıda keçirilən final oyunu start götürüb. İlk dəfə Bakıda təşkil edilən həlledici matçda İngiltərə nəhəngləri – “Çelsi” və “Arsenal” üz-üzə gəlir. London derbisi “topçular” üçün ikiqat əhəmiyyətlidi. Unay Emerinin komandası qələbə qazanmaqla həm də növbəti mövsüm Çempionlar Liqasına vəsiqə əldə etmək niyyətindədi. “Çelsi”nin isə artıq bu turnirə yollanacağı dəqiqləşib. Ancaq Maurisio Sarrinin komandası mövsümü titualla bitirmək niyyətindədi.

***

“Arsenal”: 1. Petr Çex, 31. Sead Kolaşinats, 6. Loran Koselny, 5. Sokratis Papastatopulos, 18. Naço Monreal, 15. Enzli Meytlend-Naylz, 34. Qranit Caka, 11. Lukas Torreyra, 14. Pyer-Emerik Obameyanq, 10. Mesut Özil, 9. Aleksandr Lyakezett

“Çelsi”: 1. Kepa Arrisabalaqa, 28. Sesar Aspilikueta , 27. Andreas Kristiensen, 30. David Luis, 33. Emerson Palmieri, 17. Mateo Kovaçiç, 5. Jorjinyo, 7. Nqolo Kante, 11. Pedro Rodriqes, 18. Oliviye Jiru, 10. Eden Azar

Oyunu italiyalı referi Canluka Rokki idarə edir.

Avropa Liqası tarixində ilk dəfə bu oyunda videonəzarət (VAR) sistemindən istifadə olunacaq.

***

İlk hissə başa çatdı. Oyunda fasilə yarandı.

***

İkinci hissə başladı.

***

Oliviye Jiru 49-cu dəqiqədə “Çelsi”ni önə keçirir.

***

Pedro Rozdrigez 60-cı dəqiqədə fərqi artırır.

***

“Arsenal”ın qapısına penalti təyin etdi. Eden Azar 65-ci dəqiqədə hesabı 3:0 edir.

***

“Arsenal” hesab arasındakı fərqi azaldır. 69-cu dəqiqədə Aleks İvobi möhtəşəm qolla hesabı 3:1 edir.

***

Eden Azar 71-ci dəqiqədə hesabı 4:1 edir.

***

Matç bitdi.














Bizimxeber.Az






Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*