Çelentanonun sevgilisinin qeydiyyata düşdüyü mənzilin sahibidanışdı
Çelentanonun sevgilisinin qeydiyyata düşdüyü mənzilin sahibidanışdı
22 Noyabr 2016 / 11:33 / Baxış sayı: 874
Font1 Font2 Font3 Font4
Bizimxeber

Lent.az-ın əməkdaşı mənzilin sahibi Bəhmən Nəcəfovla əlaqə saxlayıb. Nəcəfov əməkdaşımıza bildirib ki, o, hansısa italiyalı aktrisanın onun mənzilinə qeydiyyata düşməsindən xəbəri yoxdur. “Həmin mənzil İlhamə Nəcəfovanın adınadır. Nə onun, nə də mənim bu məsələdən xəbəri yoxdur.

Bəhmənin dediyinə görə, adətən qeydiyyat məsələləri mənzil sahibinin razılığı və məhkəmə vasitəsilə baş verir. “Biz nə razılıq vermişik, nə də məhkəməyə çağırılmışıq. Ola bilər ki, bizim razılığımız olmadan qeydiyyata salıblar. Belə məsələlərə Rusiyada tez-tez rast gəlmək olur. Amma bizim razılığımız olmayıb, bu dəqiqdir”.

***

Rusiyada vətəndaşlıq almaq istəyən məşhur italiyalı aktrisa Françeska Rivelli  (Ornela Muti)  Moskvada azərbaycanlının evinə qeydiyyata düşüb. Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə,  yerli orqanlar onu Moskva şəhəri  Qolyanovo rayonunda yaşayan Kərimov Səfa Qərib oğluna məxsus mənzildə qeydiyyata alıblar.

Həmin evdə hazırda başqa azərbaycanlı, Nəcəfov Bəhmən Mikayıl oğlu öz ailəsiylə yaşayır.

Məlumata görə, Muti bu mənzildə bir müddət qeydiyyatda olacaq. Vətəndaşlıq aldıqdan sonra yaşayacağı ünvanda qeydiyyata düşəcək.

Xatırladaq ki, Muti məşhur italyan aktyor Adriano Çelentano  ilə uzun illər sevgili olub.

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə