Çavuşoğlu və Kerri telefonla danışıb
Çavuşoğlu və Kerri telefonla danışıb
16 Avqust 2016 / 19:43 / Baxış sayı: 602
Font1 Font2 Font3 Font4
Bizimxeber

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ dövlət katibi Con Kerri arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, tərəflər hazırda ABŞ-da yaşayan Fətullahçı Terror Təşkilatının (FETÖ) başçısı Fətullah Gülənin Türkiyəyə ekstradisiyası məsələsini müzakirə ediblər.

Məlumata görə, telefon söhbəti zamanı həmçinin ABŞ-ın vitse-prezidenti Co Baydenin Ankaraya gözlənilən səfəri və Suriya ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Türkiyədə dövlət çevrilişi cəhdindən sonra Con Kerrinin Türkiyəyə səfəri gözlənilsə də, ABŞ tərəfi Ankaraya Co Baydenin gələcəyini bildirib.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə