Çavuşoğlu: “Fətullahçı səfirlər də işdən qovulacaq”
Çavuşoğlu: “Fətullahçı səfirlər də işdən qovulacaq”
25 İyul 2016 / 14:40 / Baxış sayı: 616
Font1 Font2 Font3 Font4
Bizimxeber

Türkiyədə Fətullahçı terror təşkilatının (FETÖ) uğursuz dövlət çevrilişi cəhdi ilə bağlı aparılan araşdırma nəticəsində Xarici İşlər Nazirliyində də vəzifəsindən uzaqlaşdırılanlar olacaq.

“Haberturk” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. Onun sözlərinə görə, FETÖ-çuların nazirlikdə işlə təmin olunmasında kadrlar şöbəsinin xüsusi rolu olub: “Onlardan 34 nəfərinin adını Nazirlər Kabinetinə göndərmişik. Başqa qurumlardan bizim nazirliyə personal alınaraq əsas vəzifələrə yerləşdirilib. Türkiyə XİN dövlətin sirlərinə malik qurum olduğu üçün və mühüm danışıqlar nazirliyimiz vasitəsilə həyata keçirildiyi üçün həmin xainlərin nazirliyə sızmasının qarşısı alınmalıdır. Odur ki, səfirlər səviyyəsində vəzifəsindən kənarlaşdırılanlar olacaq”.

Nazir, həmçinin ölüm cəzası hökmünün bərpası ilə əlaqədar Avropa İttifaqının Türkiyə ilə bağlı verdiyi açıqlamalara münasibət bildirib: “Avropa İttifaqının bizə göstəriş verməyə haqqı yoxdur. Biz Avropa dəyərlərini qoruyuruq”.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə