Cavid Qurbanovun baş baytar həkim planı… QSC sərdi nazirdən nə istəyir?
Cavid Qurbanovun baş baytar həkim planı… QSC sərdi nazirdən nə istəyir?
07 Noyabr 2016 / 12:44 / Baxış sayı: 696
Font1 Font2 Font3 Font4
Bizimxeber

“3 cü mikrorayon” bazarı Cavid Qurbanovun tam nəzarətinə keçib…

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun 3-cü mikrorayon bazarına nəzarəti tam olaraq ələ keçirməsi ilə bağlı ilginc məlumatlar var. Bizimxeber.az-a daxil olan məlumata görə, böyük gəlir gətirən bu bazarla bağlı illərdir qızğın mübarizə gedirdi.

Belə ki, hələ Nəqliyyat nazirliyində işlədiyi illərdə bazarla bağlı ciddi planlar quran Cavid Qudbanovun bu istəyini nazir Ziya Məmmədov puç etmişdi. Bazarın qarşısında körpünün salınması, qapısının bağlanması və sairə kimi əngəllər yaratmasına baxmayaraq bazar rəhbərliyi nazir Ziya Məmmədovla razılaşa bilmişdi.

O zaman Cavid Qurbanova yalnız bazarda öz adamını baş baytar həkim kimi qalmasına icaza verilmişdi. Bunu isə o zamankı Kənd Təsərrüfatı naziri İsmət Abbasov etmişdi. Xatırlayırsınızsa, həmin illərdə İsmət Abbasov Cavid Qurbanovun yaxın qohumu olan Aslan Aslanovu bazara baş baytar həkim kimi təyin etmişdi ki, bu da ayda kifayət qədər pulun əldə olunması idi. Aslan Aslanov bu bazarın altını üstünə çevirirdi.

Daha sonra İsmət Abbasovun nazir postundan uzaqlaşdırılaraq yerinə Heydər Əsədovun təyin olunması Cavid Qurbanova daha bir yaşıl işıq yandırdı. Cavid Qurbanovun yaxın qohumu olan Aslan Aslanov gözlənilmədən Bakı şəhərinə baş baytar həkim təyin edildi. Bu isə Cavid Qurbanovun “3-cu mikrorayon” bazarı ilə yanaşı Bakıdakı bütün bazarlara nəzarəti ələ alması demək idi.

Amma çox çəkmədi ki, “sular bulandı”, Heydər Əsədov Aslan Aslanovu “vurdu” və işğalda olan rayonların birinə baş baytar həkim təyin etdi. Bu isə Aslan Aslanovla Cavid Qurbanovun bazar biznesində sonu demək idi. Amma Cavid Qurbanovla Aslan Aslanovun planı yenə işlədi və onlar yenə “3-cü mikrorayon” bazarını əldən vermədilər. Hansısa yollarnan sözügedən bazarda öz adamlarını saxlamağa müvəffəq oldular.

Bir neçə ay sonra isə QSC sədri Cavid Qurbanov həm Ziya Məmmədova həm də Heydər Əsədova qalib gəlməyi bacardı. Belə ki, Aslan Aslanov Cavid Qurbanovun hansısa qüvvənin (?) köməyi ilə “3-cü mikrorayon” bazarına baş baytar həkim təyin etdirdi. Məlumata görə, Aslan Aslanovu Heydər Əsədova kifayət qədər ciddi məmur xahiş edib. 

Bu dəfə isə daha fərqli formada.

Bizimxeber.az-a daxil olan məlumata görə, Cavid Qurbanov hazırda bazara tam nəzarət etmək və bazarı bütövlükdə almaq üçün çalışır.  Demək olar ki, istəyinə nail də olub.

Məlumatda qeyd olunur ki, hazırda 3-cü mikrorayon bazarına Aslan Aslanov ağalıq edir. Bazarın faktiki rəhbərliyi isə Aslanovun qoyduğu qaydalarla işləmək məcburiyyətindədir. 

Gün ərzində bazarda kəsilən heyvanların heç biri yoxlanmır və satışa verilir. Bazarda satılan balıq və toyuq, süd və qatıq məhsullarının keyfiyyətinə qəti nəzarət olunmur. Bu isə nə nazir Heydər Əsədovu, nə Cavid Qurbanovu nə də Aslan Aslanovu narahat etmir. Çünki, onlara keyfiyyət yox, ordan gələn gəlir maraqlıdır.

Bizimxeber.az-a daxil olan daha bir məlumata görə, hazırda Respublikanın baş baytar həkimin dəyişdirilməsi istiqamətində ciddi iş aparılır. Cavid Qurbanovla Aslan Aslanov birləşərək ikincini respublikaya baş baytar həkim təyin etdirmək üçün var gücləri ilə mübarizə aparırlar. Ehtimal ki, Cavid Qurbanov buna da nail olaraq Aslan Aslanovu Respublikanın baş baytar həkimi postuna yiyələndirəcək.

Elə isə maraqlıdır? Kənd Təsərrüfatı naziri Heydər Əsədov Cavid Qurbanovu niyə eşidir? Təqaüd yaşı çatmış Aslan Aslanovu niyə baş baytar həkim təyin etmək istəyir? Yaxud bazarlar və ya baytarlıq Cavid Qurbanovun nəyinə lazımdır? Daha dəqiq faktlarla yaxın günlərdə tanış olacaqsınız… 

İlkin Hüseynli
Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə