Canavarlar kəndə hücum etdi
Canavarlar kəndə hücum etdi
25 Noyabr 2016 / 16:22 / Baxış sayı: 674
Font1 Font2 Font3 Font4
Bizimxeber

Goranboy rayonunda canavar sürüsü kəndə hücum edib. Hadisə gecə saatlarında Məşədiqaralar kənd sakini Abuzər Hüseynova məxsus təsərrüfatda baş verib. Belə ki, yırtıcılar bir baş uzunqulaq parçalayıb və bir baş atı yaralıyıblar. Qonşuları köməyə çağıran ev sahibi yaxınlıqda olan atı yırtıcılardan xilas edə bilib.

A.Hüseynovun bildirib ki, son günlər həm otlaq sahələrinə həm də, həyətlərə yırtıcılar tez-tez hücüm edir. Onun sözlərinə görə, son 3 ayda canvarlar üç baş ulaq və bir neçə xırdabuynuzlu heyvanı parçalayıb. Kənd sakinləri canavarların insanlara hücum edə biləcəyindən narahat olduqlarını bildiriblər./report.az/

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə