Cahangir Hacıyevin məhkəməsi- Vəkil gəlmədi
Cahangir Hacıyevin məhkəməsi- Vəkil gəlmədi
19 Sentyabr 2016 / 16:15 / Baxış sayı: 728
Font1 Font2 Font3 Font4
Bizimxeber

Fasilədən sonra təqsirləndirilən İbrahim Hüseynovun vəkili Azər Tağıyev və Cahangir Hacıyevin vəkili Aqil Layicov prosesə qatılmayıblar.

Hakim bildirib ki, prosesə gəlməyən vəkillər barədə Vəkillər Kollegiyasına şikayət göndəriləcək.

Proses sentyabrın 21-də davam edəcək.

14:59

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyev və digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Prosesdə hakim bildirib ki, şahidlərin məcburi gətirilməsi barədə qərar qəbul olunsa da, məhkəməyə onların xaricdə olması barədə sənəd daxil olub.

Vəkil Aqil Layicov isə şahidlərin prosesə gətirilməsini istəyib. O qeyd edib ki, 6 şahid məhkəməyə gətirilməli və istintaqa verdikləri ifadələri təsdiqləməlidirlər.

Məhkəmədə prosesə gəlməyən 6 şahidin ibtidai istintaqa verdiyi ifadələr elan olunub.

Vəkil Azər Tağıyev bildirib ki, ifadəsi elan olunan şahidlərin məhkəməyə gətirilməsi vacibdir.

Hakim bildirib ki, şahidlər xaricdə olduğu üçün məhkəməyə gələ bilmirlər. Ona görə də məhkəmə ifadələrin elan edilməsi barədə qərar qəbul edib.

Prosesdə bəzi sənədlərin tədqiqinə başlanıb və bəzi sənədlər elan olunub.

Proses fasilədən sonra davam etdiriləcək.

Qeyd edək ki, C.Hacıyev və digər 7 nəfər Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə