Cahangir Hacıyevin məhkəməsi təxirə salındı YENİLƏNİB
Cahangir Hacıyevin məhkəməsi təxirə salındı YENİLƏNİB
15 Avqust 2016 / 12:30 / Baxış sayı: 898
Font1 Font2 Font3 Font4
Bizimxeber

Məhkəmədə təqsirləndirilənlərin anket məlumatları dəqiqləşdirilib.

Virtualaz.org-un əməkdaşının verdiyi məlumata görə, təqsirləndirilənlərdən biri olan İbrahim Hüseynovun vəkili iclasda iştirak etmədiyinə görə məhkəmə avqustun 17-nə qədər təxirə salınıb.

*   *   *10:35

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, Beynəlxalq Bankın Mərkəzi filialının sabiq direktoru İlqar Abdullayev, Yusif Ələkbərov, bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnter Security” MMC-nin baş direktoru İbrahim Hüseynov və digərlərinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçiriləcək.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Əfqan Hacıyevin sədrliyi ilə baxılacaq.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunurlar.

 

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə