“Cahan Holding”dən içi pulla dolu seyfi oğurlamış vəzifəli şəxsin oğlunun GÖRÜNTÜSÜ
“Cahan Holding”dən içi pulla dolu seyfi oğurlamış vəzifəli şəxsin oğlunun GÖRÜNTÜSÜ
03 Oktyabr 2016 / 17:53 / Baxış sayı: 600
Font1 Font2 Font3 Font4
Bizimxeber

Daxili İşlər Nazirliyi Gəncədə baş vermiş oğurluq hadisəsi ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, Baş Cinayət Axtarışı İdarəsi, Baş Dövlət Yol Polisi İdarəsi, DİN-in Təhlükəsiz Şəhər Xidməti, Xəzər RPİ, Gəncə ŞBPİ və Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 29-da “Cahan Holding” MMC-nin Gəncə şəhər filialından quldurluq yolu ilə içərisində 61250 manat və 6000 ABŞ dolları olan seyfi aparmış Gəncə şəhər sakini Asif Əliyev və Bakı şəhər sakini Vasif Əliyev tutulublar. 

Qeyd edək ki, Asif Əliyev holdinqin Gəncə filialının rəhbərinin oğludur. Digər saxlanılan şəxs isə Asif Əliyevin əmisi oğludur. Hadisə yerində çəkilmiş və hadisəni törətmiş şəxslərin görüntülərini ARB və APA-ya istinadən təqdim edirik.

***
2 oktyabr 

Bir neçə gün əvvəl ölkədə fəaliyyət göstərən holdinqlərdən birinin Gəncə nümayəndəliyindən içində pul olan kassanı aparan şəxslər saxlanılıb. Gəncə şəhər Baş Polis İdarəsi və Kəpəz rayon Polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində holdinqlərdən birinin Gəncə nümayəndəliyindən içində pul olan kassanı aparan iki nəfər, 1992-ci il təvəllüdlü Asif Əliyev və onun əmisi oğlu və həmyaşıdı olan Vasif Əliyev Bakı şəhərində saxlanılıblar.

Onların kassadan götürdükləri 39 min 400 manat və 5700 dollar və holdinqin yaddaş aparatlarının kartları polis əməkdaşları tərəfindən geri götürülüb. Saxlanılan şəxslər istintaqa təhvil verilib. Məlumata görə saxlanılan Asif Əliyev holdinqin Gəncə nümayəndəliyinin rəhbərinin oğlu, Vasif Əliyev isə onun qardaşı oğludur.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə